“Bloomberg News”un yaydığı məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin əsgərləri artıq Suriya sərhədini keçməyə başlayıb.
Bu barədə onlara türk rəsmilərdən məlumat daxil olub. Türk qüvvələri kürd silahlılarını sərhəddən uzaqlaşdırmaq üçün Suriyanın şimal-şərqinə doğru hərəkət etməyə başlayıb.
Adının çəkilməsini istəməyən türk rəsmisi əməliyyatla bağlı başqa məlumat verməyib.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə açıqlamasında deyib ki, Suriyada keçirilməsi planlaşdırılan əməliyyatla bağlı hazırlıqlar hələ ki, davam edir.