Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, keçmiş siyasi məhbus Seymur Həzi həbs olunub. 15 gün inzibati həbs cəzası alan S.Həzinin nə vaxt saxlanıldığı və hansı maddə ilə təqsirli bilindiyi barədə məlumat yoxdur.
“Turan” yazır ki, Seymur Həzi ilə yanaşı ümumilikdə 10-dan çox partiya üzvü həbs olunub, onlardan 5-nə 60 günlük inzibati həbs cəzası verilib.
Partiya sədri Əli Kərimli də həbslərin olduğunu təsdiqləsə də, kimlərin bu siyahıda olduğu barədə ətraflı məlumat verməyib.