Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Səməd Rəhimli deyir ki, polisi tənqid etdiyi üçün DİN-ə çağırılıb

03 Fevral 2020
A A
Səməd Rəhimli deyir ki, polisi tənqid etdiyi üçün DİN-ə çağırılıb

Səməd Rəhimli "Məişət zorakılığı və onunla necə mübarizə aparmalı" mövzusunda mühazirə deyir. Foto: screenshot / Əkinçi

Bu il keçiriləcək parlament seçkilərində 34 saylı Xətai seçki dairəsindən deputatlığa namizəd, hüquşünas Səməd Rəhimli bu gün Daxili İşlər Nazirliyinə çağrılıb. Bir neçə saat onunla danışmaq mümkün olmayıb.

Hazırda sərbəst buraxılan namizəd deyib ki, əvvəlcə sahə müvəkkili onu görüşə çağırıb, daha sonra həmin görüşdə ona rəhbərlik səviyyəsində görüşün olacağı deyilib.

Mən əvvəl etiraz etdim ki, qeydə alınmış namizədəm belə görüşə getməmək ixtiyarım var. Amma onlar mənlə razılaşmadılar və təkid etdilər. Mən də bu təkid qarşısında razılaşdım ki, gedək. Daha sonra Daxili İşlər Nazirliyinə getdik və həmin müddətdə mən telefondan istifadə edə bilmədim.

Səməd Rəhimli

Namizədin nazirliyə çağırılmasının səbəbi isə onun müsahibələrindən birində polis orqanlarını tənqid etməyi olub. 

Nərmin Quliyevanın qətli ilə bağlı verdiyim müsahibə idi və həmin müsahibənin sonunda isə demişdim ki, qanunvercilik vəziyyəti belə cinayətlərin qarşısının alınması və üstünün açılması üçün kifayətdir, amma polis qüvvələri korrupsiyalaşıb, öz işi ilə yox, başqa işlərlə məşğuldur. Bununla bağlı söhbət etdilər və dedilər ki, mənlə razılaşmırlar, polisin fəaliyyəti yerindədir, qaydasındadır, təkmilləşdirməyə çalışırlar. Hesab edirlər ki, bir neçə nəfərin səhvinə görə bütün polis orqanlarını tənqid etmək olmaz.

Mənsə dedim ki, mənim yanaşmam fərqlidir, düşünürəm ki, Azərbaycanda polisin səlahiyyəti çoxdur və bu da korrupsiyalaşmağa gətirib çıxarır.

Səməd Rəhimli

Deputatlığa namizəd hesab edir ki, ümumilikdə tənqid olunduğuna görə polisin həmin adamı çağırıb belə söhbət aparması düzgün deyil.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia