Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Gəncə işi”ndə məhkəməyə təqdim edilən vəsadətlər təmin edilib

17 Fevral 2020
A A
“Gəncə işi”ndə təqsirləndirilənlər bu dəfə məhkəməyə qandalsız gətirilib

Yunis Səfərov. Foto: şəxsi arxiv

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovla birlikdə 12 nəfərin növbəti məhkəmə iclası keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrlik etdiyi proses Sabunçu Rayon Məhkəməsində baş tutub.

Məhkəmə iclası zamanı ittiham olunanlardan vəkillər Nazim Musayevin və Cavad Cavadovun vəsadətlərinə baxılıb.

Vəsadətlər nə ilə bağlı olub:

  • Mülki Prosessual Məcəllənin ərazi adiyyəti tələbinin pozulması
  • Cinayət-Prosessual Məcəllənin “məhkəmə hakiminin prosesin hər hansı iştirakçısı və ya onun qanuni nümayəndəsi ilə qohumluq münasibətinin varsa, hakimin o işə baxıb qərar çıxarması mümkünsüzdür” tələbinin pozulması

Məhkəmə vəsadətləri qəbul edib və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.

https://www.instagram.com/p/B7ogPNbHdzU/

Yunis Səfərov kimdir?
Y.Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhərində radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı əvvəlcədən planlaşdırılmış sui-qəsd törətməyə cəhd etməkdə ittiham olunur. Hadisə nəticəsində Elmar Vəliyev və polis əməkdaşı xəsarət alıb. 2018-ci il avqustun 28-də prezidentin sərəncamı ilə E. Vəliyev icra başçısı vəzifəsindən azad edilib.

Yunis Səfərova qarşı hansı maddələrlə ittiham irəli sürülüb:

  • Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə,
  • şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq,
  • qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına,
  • ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi,
  • çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması,
  • polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi,
  • ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq,
  • dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.
“Gəncə işi” ilə bağlı yazdığımız digər yazıları bu linkdən oxuya bilərsən!
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia