Avropa İnsan Haqları Məhkəməsi fevralın 27-də Azərbaycandan göndərilən daha bir şikayət üzrə qərarını açıqlayıb. Bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat yayıb. Həmin şikayət araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı olub.
Məhkəmə bu işdə araşdırmaçı jurnalistin 5-ci, 6-cı və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına dövlətin müdaxilə etdiyini hesab edib. Jurnalistə bu pozuntulara görə, ümumilikdə 25 min avro təzminat ödənilməlidir. Bu məbləğin 5 min avrosu vəkil xərcləri üçün nəzərdə tutulub. Bu qərar Avropa Məhkəməsinin jurnalistlə bağlı elan etdiyi 2-ci qərardır. Jurnalist məhkəməyə 5 il əvvəl, 2015-ci ildə şikayət etmişdi.