İran həbsxanalarından müvəqqəti olaraq 85 min məhbus azadlığa buraxılıb. Məqsəd həbsxana kimi çox adam olan yerlərdə koronavirusa yoluxma riskini azaltmaqdır.
Məhbusların azad edilmə prosesi İranda martın əvvəlindən başlayıb. Azadlığa buraxılanlar ağır cinayət törətməyən məhbuslardır.
- O da bildirilir ki, həbsxanalarda qalan məhbuslar mütəmadi olaraq koronavirus testindən keçirilir.