AXCP sədrinin köməkçisi, keçmiş siyasi məhbus Faiq Əmirli 30 sutka müddətinə inzibati qaydada həbs olunub. O, dünən bir neçə nəfər mülki geyimli şəxs tərəfindən zorla evinin qarşısında JEEP markalı maşına mindirilərək aparıb.
Hansı maddə ilə: İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə.
Hansı məhkəmə: İşə Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb.