ABŞ-ın Dövlət Katibi Mayk Pompeo deyib ki, onlar Çini vəhşi heyvan bazarlarını həmişəlik bağlamağa çağırır. Reuters yazır ki, çağırışın məqsədi sözügedən bazarlarla zoonotik xəstəliklər arasındakı əlaqəyə diqqət çəkməkdir.
Yeni koronavirusun ötən ilin sonlarında Çinin Vuhan şəhərində bir bazarda meydana gəldiyi güman edilir. Tədricən 100-dən çox ölkəyə yayılan virus 180000-dən çox insanın ölümünə səbəb olub. Ümumilikdə 2.6 milyondan çox insan bu virusa yoluxub.