- İndiyədək 2060 yoluxma,1508 sağalma, 26 ölüm faktı qeydə alınıb.
- 526 nəfərin müalicəsi davam etdirilir. Onlardan 21-nin vəziyyəti ağır, 27-nin vəziyyəti orta ağır qiymətləndirilir.
- Yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 164.481 test aparılıb.
- Bu günə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb.
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsi üçün 8 istiqamət müəyyənləşib.
- Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır.
- Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir, karantin rejimi sərtləşdirilə bilər.
- Metronun açılması məsələsi tendensiyanın pozitiv, yoxsa neqativ olmasından asılıdır.