İran hərbi gəmisi təlim zamanı öz gəmilərindən birinə atəş açıb, 19 nəfər ölüb, 15 nəfər yaralanıb.
İran Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.
Hadisə Oman körfəzində baş verib. “Jamaran” gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.








