Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yeni COVID ştammı “Omikron” barədə nələri bilirik?

29 Noyabr 2021
A A
Yeni COVID ştammı “Omikron” barədə nələri bilirik?

İllustrasiya: Reuters

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq “Omikron” adı verilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını “narahatlıq doğuran variant” kimi dəyərləndirsə də, koronavirusun digər növlərindən daha təhlükəli olması haqda hələlik dəqiq məlumatlı deyil. Qurumun “Omikron” ştammı ilə bağlı yaydığı açıqlamada bildirilib ki, yeni ştammın ilk dəfə aşkarlandığı Cənubi Afrikada yoluxmanın artmasının məhz “Omikron”la bağlı olub-olmadığı tədqiq edilir.
Ştammın yoluxuculuq qabiliyyəti yüksək olsa da, mütəxəssislər hələ ki narahatlığa ciddi əsas olmadığını bildirirlər.

Düşünürəm ki, panikaya ehtiyac yoxdur. Ştama qarşı hər hansı peyvəndin effektiv olmayacağı barədə danışmaq tezdir.

ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç

Avropada ilk yoluxma

Avropada yeni ştamma ilk yoluxma halı Belçikada qeydə alınıb. Daha sonra isə Avstraliya, Danimarka, Fransa, Niderland, Botsvana, Kanada, Almaniya, İtaliya, Çexiya, Böyük Britaniya, Honq-Konq, İsrail və Rusiyada da aşkar edilib.

Qapanma və qadağalar

Artıq bir çox ölkələr “Omikron”un sürətlə yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başlayıblar.

Avropa İttifaqı, Türkiyə, İsrail, ABŞ və Böyük Britaniya Afrikanın bir sıra ölkələrindən uçuşlara qadağa qoyub.

Birləşmiş Ştatlar məhdudiyyətləri Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edir. Prezident Co Bayden bildirib ki, qadağa noyabrın 29-dan qüvvəyə minir.

“Omikron” ştammı səbəbindən Nyu-Yorkda gələn il yanvarın 15-dək fövqəladə vəziyyət elan edilib. Bu barədə ştatın qubernator Keti Havkul fərman imzalayıb.

Yeni vaksin olacaq?

ABŞ və Almaniya yeni ştamma qarşı artıq vaksin hazırmağa başladıqlarını bəyan ediblər. Yeni vaksinlər Birləşmiş Ştatların Novavax əczaçılıq şirkəti və Almaniyanın BioNTech, Johnson & Johnson şirkətləri tərəfindən hazırlanacaq.

Azərbaycanda vəziyyət nə yerdədir?

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağarza Ağayev bu gün açıqlama yayaraq Azərbaycanda koronavirusun “Omikron” ştammı aşkarlanmadığını bildirib. O deyib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia