Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Almaniyanın Azərbaycandakı səfiri: “Saleh Rüstəmli ilə bağlı məsələdən xəbərdar deyiləm”

02 Dekabr 2021
A A
Almaniyanın Azərbaycandakı səfiri: “Saleh Rüstəmli ilə bağlı məsələdən xəbərdar deyiləm”

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq. Foto: Adil Yusiofv

“Almaniya Federal hökuməti insan haqları sahəsində, həmçinin siyasi məhbus məsələlərində istər Azərbaycanı, istər digər Avropa Şurasına üzv ölkələri qaydalara riayət etməyi səsləyir. Amma adını çəkdiyiniz siyasi məhbus Saleh Rüstəmli ilə bağlı məsələnin təfərrüatlarından xəbərdar olmadığımıza görə, dəyərləndirmə apara bilmərəm”.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Mikroskop Mediaya verdiyi açıqlamasında deyib. Səfir bildirib ki, Azərbaycanda həm qərb qonşusu ilə qarşıdurmalar, həm də insan hüquqları sahəsində çox iş görülməlidir.

“Biz həm federal hökumət, həm də Avropa İttifaqı üzv ölkəsi kimi  Azərbaycanı məhz insan haqları sahəsində dəstəkləyəcəyik və inanırıq ki, bu vəziyyət yaxşılaşacaq. Son illərdə Ali məhkəmə tərəfindən insan haqları sahəsində bir çox qanunlar qəbul edilib, ancaq onların tətbiqi ilə bağlı işlər görülməlidir”

səfir əlavə edib.

Saleh Rüstəmli kimdir: Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı olub. Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov qeyd edir ki, müvəkkili həbsdə olan AXCP üzvlərinin ailələrinə yardım məqsədilə 5-6 min dollar civarında pul göndərib. Hazırda S.Rüstəmli  həbsxanada 27 gündür aclıq aksiyası keçirir.

Onun yaxınları və vəkili bildirib ki, S.Rüstəmli aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkiyyətinin müsadirəsini göstərib.

Nədə ittiham olunub: Saleh Rüstəmli və onunla birlikdə saxlanılan AXCP funksionerləri Aqil Məhərrəmli və Babək Həsənov barəsində 2019-cu il 27 fevralda hökm oxunub. Onlar Cinayət Məcəlləsinin

  • 192.3.2 – xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq
  • 193-1.3.1, 193-1.3.2  – mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddələri ilə təqsirli bilinib.

Həbsinə reaskiya: Dekabrın 1-də bir qrup siyasi fəallar Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə aksiya keçirib.  Aksiyada 30-a yaxın şəxs saxlanılıb və etirazçılar polis zorakılığına məruz qalıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia