Bazar ertəsi, 13 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanın əksər yerlərində elektrik enerjisi fasilələrlə verilir, zavod və fabriklər işini dayandırıb

03 Dekabr 2021
A A
Naxçıvanın əksər yerlərində elektrik enerjisi fasilələrlə verilir, zavod və fabriklər işini dayandırıb

Vasif Talıbov günəş elektrik stansiyasının açılışında. Foto: http://energetika.nakhchivan.az / İllustrasiya: Mikroksop Media

1 dekabrdan etibarən Naxçıvanda elektrik enerjisi qrafiklə verilməyə başlanıb. Belə ki, Naxçıvan şəhəri xaric, muxtar respublikanın bütün ərazisində işıqlar 3 saatda bir, 1 saatlıq fasilə ilə söndürülür. Naxçıvan şəhərində evlərə işıq verilsə də, küçələrin işıqlandırılması dayandırılıb.

Bu barədə məlumatı Gündəlik Naxçıvan səhifəsi yayıb.

Bildirilir ki, elektrik qıtlığı səbəbindən zavod və fabriklər bağlanıb. Qıtlığın səbəbi açıqlanmasa da, bu, əhali arasında ciddi narazılıq yaradır. Babək rayon sakini Mustafa Orucov deyir ki, işıqların kəsilməsi axşamlar çətinlik yaradır.

Blokadada olsaq da, uzun illərdi ki, Naxçıvanda işıq problemi yox idi. İndi lap 1990-cı illəri xatırladıq. Gündüz birtəhər ötüşmək olar. Axşamlar çətinlik çəkirik. Uşaqlar dərslərini telefon işığında hazırlayır.

Mustafa Orucov

Şərur rayon sakini Teymur Alışov deyir ki, onlara elektrikə qənaət etmək tapşırılıb:

Səbəbini açıqlamırlar ki, bilək nə edirik. Son illər tez-tez yeni elektrik stansiyası tikməkləri ilə öyünürdülər. Sevinmişdik ki, hər şey gözəl olacaq. İndi də deyirlər ki, enerjiyə qənaət etmək lazımdır.

Teymur Alışov

Naxçıvan şəhərindəki fabriklərin birində işləyən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şikayətçi deyir ki, iki gündür onlara işə gəlməmək tapşırılıb.

Dedilər işıq yoxdur, işlərimiz dayanır, işığı əhaliyə güclə çatdırırıq. İşimizin nə vaxt açılacağını bilmirik. Dedilər ki, işləmədiyiniz günlərə maaş da verilməyəcək. Oturmuşuq evdə. Belə davam etsə, uşaqlarımız ac qalacaq.

Şikayətçi

Babək Rayon işıq İdarəsindən işıqların fasilələrlə söndürülməsini təsdiqləsələr də, bunun səbəbi haqda məlumatsız olduqlarını deyiblər.

Naxçıvan şəhər icra hakimiyyətindən isə, elektriklə bağlı heç bir problem olmadığını, şəhərdə əhaliyə kəsintisiz işıq verildiyini bildiriblər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia