Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saleh Rüstəmli quru aclığa keçmək fikrindən daşınıb

06 Dekabr 2021
A A
Saleh Rüstəmli quru aclığa keçmək fikrindən daşınıb

Saleh Rüstəmov. Foto: Şəxsi arxiv

Siyasi məhbus, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli artıq 31 gündür ki, aclıq aksiyası edir. O, aksiyanın 10-cu gündən etibarən sudan da imtina edərək quru aclığa başlayacağını bildirmişdi.

Bu gün yaxınları S.Rüstəmli ilə görüşərək quru aclığa başlamamaq üçün ona müraciətləri çatdırıblar. O, quru aclığa keçmək qərarını dəyişsə də, aclıq aksiyasını sonadək davam etdirəcəyini bildirib.

 Bu haqda Saleh Rüstəmlinin oğlu sosial şəbəkədə məlumat paylaşıb:

Əmimgil atamla görüşüb, ona Şahin bəy və digər dostların xahiş etməsini, Ağdaşda aclıq edən həkimin “Saleh quruya keçsə mən də keçəcəm” deməsini, rayondan bir-neçə nəfərin atam quruya keçən kimi onların da quru aclığa başlayacaqlarını dediklərini çatdırıblar. Bunları nəzərə alaraq atam bu gün quru aclığa keçməməyə razılaşıb. Amma deyib ki, “quru aclığa keçəcəm” deyəndə kimisə təhtid etmir, sadəcə artıq bir aydır davam edən aclığın nəticəsində başlayan şiddətli ağrılara dözə bilmir, gecələr yata bilmir, çətinliklə nəfəs alır, gün ərzində dəfələrlə huşunu itirir. “Yaxşı, bu gün quru aclığa keçmirəm, amma aclığı dayandırası deyiləm, ya quruya keçib öləcəm, ya belə öləcəm, sadəcə daha uzun və zülmlü olacaq bu ölüm” deyib.

Sayqın Rüstəmli

Saleh Rüstəmli kimdir: AXC-Müsavat hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olub. O, bir müddətdir Rusiyada yaşayırdı və 2018-ci ildə Bakıya gələn zaman saxlanılıb.

Nədə ittiham edilir: Saleh Rüstəmli AXCP-yə pul yardımı etməkdə və  qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlətməkdə ittiham olunaraq həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hansı reaksiyalar olub: 1 dekabrda Bakının Fəvvarələr meydanında Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə “Saleh Rüstəmliyə azadlıq!” şüarlı aksiya keçirilib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia