Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistanda hakim partiya deputatlarının müxalif deputat köməkçilərini döydüyü iddia edilir

08 Dekabr 2021
A A
Ermənistanda hakim partiya deputatlarının müxalif deputat köməkçilərini döydüyü iddia edilir

Foto: News.am

7 dekabrda Ermənistan parlamentində keçirilən iclasda müxalif deputatların 3 köməkçisi zorakılığa məruz qalıb. OC Media yazır ki, “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi Syune Qevorqyan hadisənin şahidi olduğunu bildirib:

Dəhlizlə gedərkən hakim partiyadan olan vitse-spiker Ruben Rubinyanın kabinetindən səslər eşitdim. Yaxınlaşaraq gördüm ki, hakim partiyadan olan bir neçə deputat müxalif deputatların üç köməkçisini döyür.

Syune Qevorqyan

Qevorqyan iddia edib ki, köməkçiləri döyənlər arasından baş nazir Nikol Paşinyanın qaynı Hraçya Akopyan, Vaaqn Aleksanyan və Sisak Qabrielyanı tanıyıb. Deputatın köməkçisi onu da qeyd edib ki, hadisə zamanı mühafizə xidmətinin əməkdaşları orada olsalar da, heç bir tədbir görməyiblər.

Hraçya Akopyan mətbuata verdiyi ilk şərhdə fiziki mübahisə baş verdiyini təsdiqləsə də, özünün iştirakını inkar edib:

Mən gələndə dava artıq başlamışdı. Kimin günahkar olduğunu bilmirəm.

Hraçya Akopyan

Akopyan başqa bir açıqlamasında bildirib ki, müxalifətin köməkçiləri ona və deputat Sisak Qabrielyana qarşı hörmətsizlik ediblər.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia