İtaliya Amerikanın “Amazon” şirkətini 1,128 milyard avro cərimələyib.
Antiinhisar tənzimləyicisi (AGCM) şirkəti bazarda dominant mövqeyindən sui-istifadə etməklə ittiham edib.
İddai edilib ki, Amazon İtaliya bazarında öz logistika xidmətlərinin təşviqi ilə məşğul olaraq e-ticarət bazarında digər rəqiblərinə zərər vurub.
Qeyd: İtaliya “Amazon”u bu ilin noyabrında da cərimələyib. Məbləğ 68,7 milyon avro olub.