Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda dəmiryol işçiləri 5 aydır maaş ala bilmir

13 Dekabr 2021
A A
Naxçıvanda dəmiryol işçiləri 5 aydır maaş ala bilmir

Naxçıvanda dəmir yolu stansiyası. Foto: nuhcixan.az

Naxçıvan Dəmir Yolları MMC-nin işçiləri 5 aydan çoxdur ki, maaşlarını ala bilmirlər. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup dəmiryolçu məlumat verib. Onların sözlərinə görə, buna səbəb kimi maliyyə çatışmazlığı göstərilir. Şikayətçilərdən M. Əliyev bildirib ki, uzun müddətdir maaşlarını ala bilmədiklərindən çoxlu maliyyə problemləri ilə üzləşiblər:

Deyirlər Zəngəzur dəhlizi açılacaq, Bakıya qatarlar da işləyəcək. Bu lap yaxşıdır. Ancaq necə olur ki, bu proyektə pul tapa bilirlər, biz dəmiryolçuların maaşını verə bilmirlər? Dəmiryolçu var ki, maaş almadığını görə, artıq evində çörək də yoxdur. Dükanlar nisyə vermirlər. Beş aydır gözləyirlər ki, köhnə borclarını versinlər. Mənim uşağım xəstədir, evin də tək işləyəniyəm. İndi pul yoxdur ki, müalicə davam etsin. Müalicə nədir, heç normal yeyəcək tapa bilmirik. Soruşuruq, deyirlər maliyyə çatışmazlığı var. Belədirsə, başqaları niyə alır maaşlarını?

M. Əliyev

Tələbə atası olan digər şikayətçi S. Əsgərov artıq övladının təhsil haqqını da ödəyə bilmədiyini deyib:

Övladıma son xəbərdarlıq edilib ki, təhsil haqqını ödəsin, yoxsa universitetdən qovacaqlar. Mən hər ay maaşımı bir hissəsini ayırırdı ki, yığım, uşağın təhsil haqqını ödəyim. 5 aydır maaş ala bilmirik deyə, həmin pulu da xərcləmişik, üstəlik borclanmışıq da.

S. Əsgərov

Naxçıvan Maliyyə Nazirliyinin xəzinə şöbəsinin əməkdaşı Nurlan Hacıyev “Gündəlik Naxçıvan”a bildirib ki, maaşların gecikməsinə səbəb, struktur dəyişikliyi olub:

“Vəsaitlər əvvəllər Bakıdan ayrılırdı, qurum daha ordan maliyyələşmir. Gecikmə buna görə baş vermişdi. Artıq mşçilərin maaşı üçün vəsait ayrılıb. Onlar 3-4 gün içərisində bütün gecikmiş maaşlarını ala biləcəklər”

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia