Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qazaxıstanda kütləvi etirazlar başlayıb, hökumət istefa verib

05 Yanvar 2022
A A
Qazaxıstanda kütləvi etirazlar başlayıb, hökumət istefa verib

Qazaxıstanda etiraz aksiyaları, polislə toqquşma. Foto: AP

Qazaxıstanda maye qazın dəyərinin kəskin artmasına görə yeni ilin ilk günlərindən Almatı, Janaozen, Manqistau, Aktau şəhərləri başda olmaqla bir çox bölgələrdə etiraz aksiyaları başlayıb. Hökumət qiymətləri aşağı salacağını bəyan etsə də, etirazlar dayanmayıb. Almatının mərkəzində etirazçılarla polis arasında toqquşmalar yaşanıb.

Hökumətin baş verənlərə reaksiyası:

  • Qazaxıstan hökuməti ölkəni bürüyən kütləvi etirazlar fonunda istefa verib, prezident Kasım-Jomart Tokayev istefa ilə bağlı fərmanı imzalayıb.
  • Kasım-Jomart Tokayev ölkənin ən böyük şəhəri Almatı, paytaxt Nur-Sultanda və Manqistau vilayətində yanvarın 19-dək fövqəladə vəziyyət elan edib. Almatıya giriş və çıxış qadağan edilib.
  • Ölkədə axşam saat 23:00-dan səhər saat 7:00-a qədər komendat saatı tətbiq olunacaq.  Kütləvi tədbirlərin keçirilməsi qadağan edilib, insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
  • Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunaraq saxlanılıb.

Qazaxıstanda son vəziyyət:

  • Bir sıra sərnişin və yük qatarının reysləri təxirə salınıb.
  • Almatı İcra Hakimiyyətinin, şəhər prokurorluğunun binaları, hakim “Nur Otan” Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.
  • Almatıdakı iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil dağıdılıb və yandırılıb.  Onlardan 16-sı polis, 7-si təcili tibbi yardım, 2-si yanğınsöndürən, 7-si yük maşını, 1-i yanacaqdaşıyan avtomobildir.
  • İğtişaş zamanı 300-ə yaxın müəssisə, o cümlədən 120 dükan, 100-dən artıq ofis və 80 ictimai iaşə obyekti dağıdılıb.
  • Etirazların fonunda ölkədə internetə çıxışda da problemlər yaranıb. Vətəndaşlar bildiriblər ki, Almatı və Nur-Sultanın bəzi bölgələrində internet dayanıb, “WhatsApp” və “Telegram” işləməyib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia