Qazaxıstan ölkədə baş verən iğtişaşları dayandırmağa kömək etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Artıq KTMT sülhməramlı qüvvələri Qazaxıstana göndərilib.
Təşkilatın məlumatına görə, göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir. Rusiyadan yollanan sülhməramlı qüvvələrinin tərkibində Hava Desant Qüvvələrinin bölmələri və hərbi hissələri də var.
Qeyd: Qazaxıstanın Almatı şəhərində anti-terror əməliyyatına başlanıb. Bu haqda şəhər sakinlərinə televiziya vasitəsilə məlumat verilib. Onlara təhlükəsiz yerə sığınmaq, xüsusi əməliyyat evin yaxınlığında olarsa, pəncərədə dayanmamaq tövsiyə olunub.