Amerika Birləşmiş Ştatları Əfqanıstana 308 milyon dollar humanitar yardım ayırıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib:
Beləliklə, 2021-ci ilin oktyabr ayından etibarən ABŞ-ın Əfqanıstana və regiondakı əfqan qaçqınlarına ayırdığı humanitar yardımının ümumi həcmi təxminən 782 milyon dollar təşkil edəcə. Biz Əfqanıstana humanitar yardım göstərən ən böyük donoru olaraq qalırıq.
Ağ Ev
Bundan əlavə, ABŞ COVAX mexanizmi vasitəsilə Əfqanıstana əlavə 1 milyon COVID-19 vaksin dozası tədarük edir və beləliklə, ümumi say 4,3 milyona çatacaq.








