Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyevlə Vladimir Zelenski görüşdü. İmzalanan sənədlər və prezidentlərin çıxışındakı əsas məqamlar

15 Yanvar 2022
A A
İlham Əliyevlə Vladimir Zelenski görüşdü. İmzalanan sənədlər və prezidentlərin çıxışındakı əsas məqamlar

İlham Əliyev və Vladimir Zelenskinin görüşündən / Kiyev / 14.01.2021 Foto: president.az

Yanvarın 14-də Kiyevə işgüzar səfər edən prezident İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenski ilə təkbətək görüşüb. Daha sonra isə prezidentlər və hər iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə toplantısı baş tutub. Daha sonra Azərbaycan-Ukrayna arasında 6 hökumətlərarası sənəd imzalanıb.

Görüşdə imzalanan sənədlər hansılardır:

  1. İlk sənəd prezidentlər arasında imzalanıb;
  2. Azərbaycanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov və Ukraynanın baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vureşyuk arasında imzalanan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş;
  3. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vureşyuk arasında imzalanan ikitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  4. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko arasında imzalanan aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  5. İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Ukraynanın “Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin sədrinin imzaladığı enerji təchizatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  6. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti vəzifəsini icra edən Sergey Zavatskiy arasında imzalanan Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və Dövlət torpaq kadastrı sahəsində haqqında Anlaşma Memorandumu.

Görüşün sonunda İlham Əliyev və Vladimir Zelenski mətbuata birgə bəyanatlarla çıxış ediblər.

İlham Əliyev bəyanatlarında nələr deyib:

  • Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək;
  • Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanlar var;
  • Ukrayna ilə Azərbaycan hər zaman bir-birini dəstəkləyir və bu gün sənədlərin imzalanması bu dəstəyin daha bir sübutudur;
  • Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq.

Vladimir Zelenski bəyanatlarında nələr deyib:

  • Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub;
  • İmzaladığımız Birgə Bəyannamə “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir;
  • Prezident İlham Əliyevlə görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması məsələsi qaldırılıb.
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia