Çərşənbə, 20 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvandan Türkiyəyə gedənlərə yeni qadağa – ayda yalnız 2 dəfə getmək olar!

17 Yanvar 2022
A A
Naxçıvandan Türkiyəyə gedənlərə yeni qadağa – ayda yalnız 2 dəfə getmək olar!

Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi Foto: nuhçixan.az

Türkiyədə lirənin dəyər itirməsindən sonra alış-veriş üçün Naxçıvandan bu ölkəyə gedənlərin sayı artıb. Bu axının qarşısını almaq üçün Sədərək Gömrük İdarəsi yeni məhdudiyyət tətbiq etməyə başlayıb. Bu haqda “Gündəlik Naxçıvan”a məlumat verən sakinlər bildirib ki, Türkiyəyə bir ay ərzində cəmi iki dəfə – 15 gündən bir gedə bilərlər. Yerli sakinlər sözlərinə görə, gətirilən mallara da məhdudiyyət tətbiq edilir.

Sədərək rayon sakini Bahadur Əliyev bildirib ki, ucuzluq olduğundan hər həftə İğdır şəhərindən gedib alış-veriş edib. Qadağa tətbiq olunandan sonra isə bu fürsət əlindən çıxıb:

Meyvə, tərəvəz, toyuq və.s Türkiyədə Naxçıvandan 4-5 dəfə ucuz qiymətədir. Özləri gətirib bazarda od qiymətinə sata bilərlər. Başqa heç kimin ixtiyarı yoxdur. Bizim kimi kasıblar üçün ümid yeri idi ki, həftədə bir dəfə gedib alıb gətirək, uşaqlarımız meyvə, ət üzü görsün. Onu da əlimizdən aldılar. Özləri üçün bu qadağa yoxdur. Tonlarla vurub gətirib, bazarda od qiymətinə satırlar. Məcbur edirlər ki, gedib onlardan alaq. Türkiyə tərəfi bizə heç bir qadağa tətbiq etməyib. İstəsən, hər gün iki dəfə gedib-gələ bilərsən. Bizimkilər qoymur.

Bahadur Əliyev

Lirə dəyər itirdikdən sonra Türkiyədə cehizlik malların da qiyməti manata nisbətdə xeyli aşağı düşüb. Lakin çəkiyə məhdudiyyət tətbiq olunmağa başlayıb. Şahbuz rayon sakini Qulu Babayevin sözlərinə görə, Türkiyədən alıb gətirdiyi malın yalnız 30 kilosunu gömrükdən keçirə bilib.

Lirə təzə düşəndə qonşum gedib qızı üçün cehizliyi Türkiyədən almışdı. Hesabladıq, Naxçıvanla müqayisədə 5-6 dəfə ucuz düşürdü. Gedib yataq dəstindən tutmuş, cehizlik üçün lazım olan bir çox şeylər aldıq. Qayıdanda Sədərək gömrüyündə dedilələr ki, dünəndən qayda dəyişib, ancaq 30 kilo buraxa bilərik. Mənim aldıqlarım isə bundan 3-4 dəfə çox idi. 30 kilodan yuxarıya elə bir rüsum dedi ki, aldıqlarım Naxçıvandakından da baha düşdü. Məcbur qalıb o pulu ödədim. Çünki Türkiyəyə qaytarmaq imkanım da yox idi.

Qulu Babayev

Məsələni aydınlaşdırmaq üçün Sədərək Gömrük İdarəsi ilə əlaqə saxlanılıb. İdarənin baş inspektoru Ramazan Ağayev sakinlərin şikayətlərindən xəbərsiz olduqlarını bildirdi. O, “Gündəlik Naxçıvanın” sorğusunu Naxçıvan Gömrük İdarəsinə yönləndirib. Naxçıvan Şəhər Gömrük İdarəsindən isə bildirilib ki, sərnişinlərin gediş-gəlişinə sərhədd xidməti nəzarət edir. Yuxarı rüsum tətbiq olunmasına gəldikdə, qurum rəsmisi bu iddianı təkzib edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia