Qazaxıstanda baş verən iğtişaşlar zamanı 225 nəfər həlak olub. Məlumatı Baş Prokurorluğun cinayət təqibi xidmətinin rəhbəri Serik Şalabayev yayıb. Onun sözlərinə görə, morqlara aparılan 225 nəfərdən 19-u polis və hərbçidir.
Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asel Artakşinova bildirib ki, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində dünyasını dəyişib.
Baş Prokurorluğun rəsmisi xəsarət alan şəxslərin sayını da açıqlayıb:
4578 zərərçəkmiş müəyyən edilib. 3393-ü hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla 4353 nəfər xəsarət alıb.
Serik Şalabayev