Böyük Britaniya Ukraynaya müdafiə məqsədləri üçün yüngül tank əleyhinə silahlar verəcək. Bunu ölkənin müdafiə naziri Ben Uolles Britaniya parlamentində çıxışı zamanı deyib:
Rusiyanın getdikcə daha çox təhdidedici davranışını nəzərə alaraq hazırkı yardımdan əlavə, Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün yeni təhlükəsizlik paketi təqdim edirik. Biz Ukraynanı yüngül tank əleyhinə müdafiə silahları ilə təchiz etmək qərarına gəlmişik.
Ben Uolles
Nazir onu da əlavə edib ki, az sayda britaniyalı hərbçi Böyük Britaniyaya qayıtmazdan əvvəl qısa müddət ərzində təlimat keçəcək.