Ukrayna sərhədində rus qoşunlarının toplanması ilə bağlı diplomatik görüşlərin başlamasına bir həftə qalmış Moskva Kiyevdəki səfirlik işçilərinin təxliyəsinə başlayıb. Bu barədə The New York Times Ukrayna təhlükəsizlik xidmətinin yüksək rütbəli rəsmisinə istinadən məlumat verib.
Bildirilir ki, yanvarın 5-də əksəriyyəti rusiyalı diplomatların uşaqları və arvadı olan 18 nəfər Kiyevi tərk edib.
Qəzet onu da yazır ki, Lvovdakı konsulluqdan 30-a yaxın şəxs evakuasiya edilib. Digər iki Rusiya konsulluğundakı diplomatlara da Ukraynanı tərk etməyə hazırlaşmaları bildirilib.