ABŞ konqresmenləri bir qrup rusiyalı sahibkarlara və tanınmış media nümayəndələrinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edilib. Sənədi Washington Post dərc edib. Həmin şəxslər arasında “Rosneft”in rəhbəri İqor Seçin və “Qazprom”un rəhbəri Aleksey Miller də var.
Siyahıda adı olan iş adamları:
- “Novatek” və “Sibure” şirkətlərində payı olan iş adamı Gennadi Timçenko;
- Milyarder, Çelsi futbol klubunun prezidenti Roman Abramoviç;
- İş adamı Əlişir Usmanov;
- “Rusal” şirkətinin təsisçisi Oleq Deripaska;
- VTB-nin rəhbəri Andrey Kostin;
- VTB-nin sədr müavini və İdarə Heyətinin sədri Denis Bortnikov;
- “Transneft”in rəhbəri Nikolay Tokarev.
Siyahıda adı olan media nümayəndələri:
- “Rossiya seqodnya” media qrupu və RT kanalının baş redaktoru Marqarita Simonyan;
- Teleaparıcı Vladimir Solovyov;
- “Birinci Kanal”ın baş direktoru Konstantin Ernst