Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Taliban” Norveçdə ilk dəfə olaraq Qərblə rəsmi danışıqlar aparacaq

24 Yanvar 2022
A A
“Taliban” Norveçdə ilk dəfə olaraq Qərblə rəsmi danışıqlar aparacaq

“Taliban” nümayəndə heyəti Doha hava limanında Foto: AP

“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə olaraq Avropada Qərb rəsmiləri ilə rəsmi danışıqlar aparacaq. Norveç Xarici İşlər Nazirliyi bildirib ki, “Taliban” nümayəndələrini yanvarın 23-dən 25-dək Osloya dəvət edib.

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt vurğulayıb ki, səfər “Taliban”ın legitimliyi və ya tanınması ilə bağlı deyil:

Bu gün ölkəni faktiki olaraq idarə edənlərlə danışılmalıdır. Siyasi vəziyyətin daha böyük humanitar fəlakətə səbəb olmasına imkan verə bilmərik.

Anniken Hyuitfeldt

Görüşlər Oslodakı oteldə bağlı qapılar arxasında aparılacaq. Danışıqlar üç gün davam edəcək.

Görüşün detalları:

  • Heyət 15 nəfərdən ibarətdir. Qrupa “Taliban” hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki rəhbərlik edir;
  • Norveç, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avropa İttifaqı və ABŞ nümayəndələri ilə görüş gözlənilir.

Görüşdə müzakirə ediləcək məsələlər:

  • nümayəndəli siyasi sistemin qurulması;
  • təxirəsalınmaz humanitar və iqtisadi böhranlara cavab verilməsi;
  • təhlükəsizlik və terrorla mübarizə məsələləri;
  • insan haqları, xüsusilə qızlar və qadınlar üçün təhsil.

Öz növbəsində “Taliban” iddia edir ki, Əfqanıstanın yeni hakimiyyət orqanları “Qərb dünyasının tələblərini yerinə yetirmək üçün” tədbirlər görüb və Avropa ölkələri ilə münasibətləri “diplomatiya yolu ilə” gücləndirməyə ümid edirlər.

Qeyd: “Taliban” nümayəndələri daha əvvəl Qətər, İran, Pakistan, Çin, Rusiya və Türkmənistanda danışıqlarda iştirak ediblər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia