Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda qeyri-adi moda şousu. Podiuma əlillər çıxıb

25 Yanvar 2022
A A
Azərbaycanda qeyri-adi moda şousu. Podiuma əlillər çıxıb

“Kekalove Adaptive” moda şousunda modellərin çıxışı Foto: Əminə Məmmədova/ OC Media

Ötən il dekabrın 3-də Azərbaycanda digərlərindən fərqlənən, “Kekalove Adaptive” brendinin moda şousu baş tutub. Beynəlxalq Əlillər Günündə Bakıda keçirilən şounun unikallığı modellərin hamısının əlillərdən ibarət olması idi. “Kekalove Adaptive” 2019-cu ildə əlillərin ehtiyaclarına uyğun geyimlər hazırlayan, əlçatan moda brendi yaratmaq qərarı verən Məhəmməd Kekalovun məhsuludur.

Əlavə olaraq qeyd edək ki, “Adaptive Fashion” brendi 1980-ci illərin əvvəllərində, dizaynerlərin əlilliyi olan insanların ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq hazırladıqları məhsulları bazara çıxardıqdan sonra populyarlaşmağa başlayıb. Modellərə arxası açıq üst geyimləri və paltarlar, yanları açıq olan şalvarlar daxildir. Lakin, Azərbaycanda ilk dəfə Kekalov bu cür paltarlar hazırlamağa təşəbbüs göstərib.

Cəmilə Məmmədli fiziki məhdudiyyətli şəxslərin üzləşdiyi çətinliklərdən bəhs edən tamaşada çıxış edərkən. Foto: Əminə Məmmədova/ OC Media

20 yaşlı Məhəmməd Kekalovun sözlərinə görə, onun ilham mənbəyi görmə qabiliyyətini itirmiş nənəsi olub və nənəsi tək başına geyinə bilmədiyi üçün travma yaşayıb. Nənəsinin başqalarından kömək istərkən stres yaşadığını müşahidə edən Kekalov belə qənaətə gəlib ki, əlillərin asanlıqla geyinə biləcəkləri paltarlar əlçatan olmalıdır.

“Kekalove Adaptive” brendinin yaradıcısı Məhəmməd Kekalov. Foto: Əminə Məmmədova/ OC Media

Dizayner əlilliyi olan şəxslərin gündəlik üzləşdikləri çətinlikləri gördükdən sonra dərk edib ki, digər insanlar əlillərin problemlərindən, hətta şalvar geyinmək kimi gündəlik məşğuliyyətlərdə belə çətinlik çəkdiklərindən xəbərdar deyillər:

Əlilliyi olmayanlar üçün bu proseslər  asan gəlir və onlar buna alışdıqca, hətta bəzən nə qədər tez-tez etdiklərini anlaya bilmirlər. Ancaq əlil arabasından istifadə edən şəxslər üçün bu böyük problemdir. Çünki bir çox əlil ayağa dura və ya ayağını qaldırıb şalvarı geyinə, düymələyə bilmir. Təəssüf ki, brendlər, istehsalçılar, dizaynerlər və digər insanlar bu problemləri başa düşmürlər.

Məhəmməd Kekalov

Tikiş maşınından səhnəyə

Moda nümayişindən bir neçə həftə əvvələ qədər “Kekalove Adaptive” brendinin emalatxanasın tikiş maşınları dayanmadan işləyib, Kekalovun əlillərdən aldığı rəylər və şərhlər əsasında yeni dizaynlar hazırlayıblar.

Adaptiv dəb dizayn etmək çətindir. Çünki atelyedəki iki dərzi təkcə moda sənayesinin gözləntilərinə cavab verən, hər bir modelə uyğun olan geyimlər deyil, müxtəlif növ əlilliyi olan insanlar üçün əlçatan modellər yaradır.

Dərziləri modellər tərəfindən verilən rəylər əsasında dizaynlar hazırlamaq üçün işləyərkən. Foto: Əminə Məmmədova/ OC Media

“Kekalove Adaptive” brendinin moda şousunda iştirak etmək bir neçə modelin debütü olub. Onların bir çoxu əlilliyi olan insanların regiondakı moda dünyasına daxil edilməsinin normal qəbul olunması üçün göstərilən səylərin bir parçası olmaqdan xoşbəxt olublar.

37 yaşlı paralimpiyaçı, hazırda tələbə olan Fatimə Əkbərli “Kekalove Adaptive” şousunda seçilən modellərdən biri olub. O, qılıncoynatma, paraşütlə tullanma və üzgüçülüklə məşhurlaşıb. O, hətta iki yarışda birinci yeri tutub. Fatimə əvvəllər də Məhəmməd Kekalov üçün modellik edib və tez-tez ona brendini tanıtmaqda köməklik edib:

Əlilliklər fərqli olur. Bəzi insanların qolları sağlamdır və geyimlərini geyinə bilir, bəzilərinin isə ayaqları və qolları zəif olur. Burada hər kəs öz paltarını hazırlayır.

Fatimə Əkbərli

Paralimpiyaçı moda sənayesinin ənənəvi olaraq üstünlük verdiyi gözəllik standartlarına az diqqət yetirdiyi üçün “Kekalove Adaptive” brendinin bu addımını alqışlayıb.

Paralimpiyaçı Fatimə Əkbərli səhnədə performans nümayişində. Foto: Əminə Məmmədova/ OC Media

Mən başqa ölkələrdə əlilliyi olan modellər görmüşəm, ancaq belə bir layihənin Azərbaycanda keçirilə biləcəyi ağlıma gəlməzdi. Ölkəmdə baş tutan bir ilkə qatıldım. Bu, çox çətin olmadı. Nümayiş ideal çəki və ya boy tələb etmirdi. Ona görə də hər şey çox rahatdır.

Fatimə Əkbərli

18 yaşından bəri əlil arabası istifadə edən 43 yaşlı model Aynurə Cəfərova üçün şouya qatılmaq fürsəti həm böyük zövq, həm də qürur mənbəyi olub:

Mən dərhal qəbul etdim. Mənə nümayişdə iştirak etmək təklif edildi. Bu sevinc, həyəcan və qorxu ilə dolu qeyri-adi bir hissdir. Belə nümayişləri sevirəm, çünki əlil olmağıma baxmayaraq mən modeləm. Bu mənim ikinci modellik təcrübəmdir. 2019-cu ildə ilk dəfə model kimi çıxış edəndə valideynlərimə demədim. İstəmədim ki, onlar məni səhnədə görsün. Bu dəfə evə gələndə sevindilər. Ailəm mənimlə qürur duyur.

Aynurə Cəfərova
43 yaşlı model Aynurə Cəfərova . Foto: Əminə Məmmədova/ OC Media
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia