Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Transparency International”: Azərbaycan ‘Korrupsiyanı Qavrama İndeksi’nin dibindədir

31 Yanvar 2022
A A
“Transparency International”: Azərbaycan ‘Korrupsiyanı Qavrama İndeksi’nin dibindədir

İllustrasiya: Emi Çiniara

“Transparency International” təşkilatı illik Korrupsiyanı Qavrama İndeksininin 2021-ci il üzrə hesabatını yayımlayıb. Hesabat Dünya Bankı, Dünya İqtisadi Forumu və təhlil mərkəzləri kimi 13 xarici mənbənin datalarından toplanan məlumatlara əsasən hazırlanır.

Korrupsiyanı Qavrama İndeksində 180 ölkə dövlət sektorundakı korrupsiyaya əsasən sıralanır. 0-100 ballıq şkalaya görə, ən aşağı bal yığan ölkədə korrupsiya daha çoxdur. Dünya üzrə ortalama indeks artıq 10-cu ildir ki, 43 olaraq qalır, ölkələrin üçdə ikisinin balı 50-dən aşağıdır.

Korrupsiya və vətəndaş azadlığının pozulması ilə bağlı şkalada qonşu Gürcüstan 55, Ermənistan 49 balla Azərbaycandan irəlidədir. Qeyd edilir ki, Ermənistan son beş ildə öz KQİ balını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilib və 2017-ci ildən bu yana 14 pillə artıb.

Qonşu ölkələrdən geriləyən Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi 30-dur. Bu isə aşağı göstərici hesab edilir.

Qurumun hazırladığı hesabatda vurğulanır ki, Azərbaycan 2012-ci ildən bəri 25-30 bal arası qiymətləndirilir və bununla da Korrupsiyanı Qavrama İndeksinin dibindəki üçüncü hissədə yer alır.

2017-ci ildə “Azərbaycanın pulyuyan maşını” adlı araşdırma hökumətin öz imicini yaxşılaşdırmaq üçün Danske Bank vasitəsilə Avropada siyasətçilərə ödənişlər etməsi faktlarını üzə çıxarıb. Bundan əlavə, ölkədə  tanınmış müxalifətçilər və jurnalistlər həbs olunub.

İlk onluqda olan ölkələr:

Danimarka – 88 bal

Finlandiya – 88 bal

Yeni Zelandiya – 88 bal

Norveç – 85 bal

Sinqapur – 85 bal

İsveç – 85 bal

İsveçrə – 84 bal

Niderlan – 82 bal

Lüksemburq – 81 bal

Almaniya – 80 bal

Sıralamada digər pillələri Qərbi və Şimali Avropa ölkələri tutur.

Son pillədə olan ölkələr:

Liviya – 17 bal

Əfqanıstan – 16 bal

Şimali Koreya – 16 bal

Yəmən – 16 bal

Venesuela – 14 bal

Somali – 13 bal

 Suriya – 13 bal

Cənubi Sudan – 11 bal

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia