Rusiya və Ukrayna arasında münaqişə yaranarsa, Xorvatiya hakimiyyəti öz qoşunlarını Şərqi Avropadakı NATO qüvvələrinin tərkibindən çıxaracaq. Bu fikri ölkə prezidenti Zoran Milanoviç yerli televiziyada çıxışı zamanı səsləndirib:
Mən hesabatları izləyirəm. NATO ayrı bir dövlət deyil, ABŞ deyil. Lakin mövcudluğunu gücləndirir, kəşfiyyat gəmiləri göndərir. Bizim bununla heç bir əlaqəmiz yoxdur və olmayacaq. Sizə zəmanət verirəm.
Zoran Milanoviç
Prezident onu da əlavə edib ki, Zaqreb öz əsgərlərini münaqişə zonasına göndərməyəcək, hətta son xorvat əsgərinə kimi hamısını vətəninə qaytaracaq.
Milanoviçin sözlərinə görə, hakimiyyətin bu cür qərarlarının nə Ukrayna, nə də Rusiya ilə heç bir əlaqəsi yoxdur.
O, daha əvvəl Amerikanın siyasətini və Co Baydeni dəstəklədiyini, lakin indi beynəlxalq təhlükəsizlik məsələlərində ABŞ tərəfindən təhlükəli davranışlar gördüyünü qeyd edib.