Türkiyə və Qətər Əfqanıstanın müvəqqəti höküməti “Taliban”la Kabilin Həmid Kərzai Beynəlxalq Hava Limanının idarə edilməsinə dair saziş imzalayıb. Bu haqda Qətərin Xarici İşlər Nazirliyi bəyanat yayıb:
Qətər, Türkiyə və Əfqanıstan müvəqqəti hökumətinin nümayəndə heyətləri Dohada üçtərəfli görüşü başa çatdırıblar. Onlar hava limanının idarə edilməsi və istismarı ilə bağlı bir sıra əsas məsələlər üzrə razılığa gəliblər.
Qətər Xarici İşlər Nazirliyi
Nazirlik razılaşmanın bütün detallarını açıqlamayıb, lakin əlavə edib ki, danışıqların yekun mərhələsi fevralın əvvəlində baş tutacaq.