Kanada hökuməti diplomatların ailələrini və Kiyevdəki səfirliyin qeyri-vacib işçilərini geri çağıracaq. Bu haqda Kanada hökumətinin rəsmi saytında bəyanat yayılıb.
Məlumatda xüsusi vurğulanır ki, Ukraynadakı vəziyyət yaxından izlənilir və Ottava üçün əsas prioritet Kanada vətəndaşlarının təhlükəsizliyidir:
Lazım olduğu halda rəsmilərimiz Kanada vətəndaşlarına konsulluq yardımı göstərməyə hazırdır. Ukraynadakı Kanada səfirliyi açıqdır.
Kanada hökuməti
Qeyd: Bundan əvvəl Ottava Rusiya-Ukrayna sərhədində davam edən gərginliyə görə 18 yaşdan kiçik uşaqları olan diplomatların ailələrini müvəqqəti olaraq Ukraynadan çıxardığını açıqlamışdı.