ABŞ Ukrayna ətrafında artan gərginlik səbəbindən diplomatların ailələrinin Belarusdan çıxarılmasına göstəriş verib. Bununla bağlı bəyanatı Dövlət Departamenti yayıb. Bundan əlavə, ABŞ vətəndaşlarına Belarusa səfər etməmək də tövsiyə olunub:
Rusiyanın sərhəddə qeyri-adi, narahatedici hərbi fəaliyyəti, həmçinin Belarusda qanunların özbaşına icrası, saxlanma riski səbəbindən səyahət etməyin.
ABŞ Dövlət Departamenti
Eyni zamanda, Birləşmiş Ştatlar öz vətəndaşlarına nümayişlərdən uzaq durmağı tövsiyə edib.








