Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Conson Zelenski ilə görüşdə: “Rusiyaya qarşı sanksiyalar fevralın 10-da hazır olacaq”

02 Fevral 2022
A A
Conson Zelenski ilə görüşdə: “Rusiyaya qarşı sanksiyalar fevralın 10-da hazır olacaq”

Boris Conson və Vladimir Zelenskinin görüşü Foto: Ukrayna PA/01.02.2022

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya təhlükəsi fonunda Kiyevə dəstək əlaməti olaraq Ukraynaya səfər edib. Baş nazir Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək danışıqlar aparıb.

Görüşdə Boris Consonun səsələndirdiyi əsas fikirlər:

  • Putin Avropanın təhlükəsizlik xəritəsini dəyişdirməyə və yeni dünya nizamı yeni təsir zonaları yaratmağa çalışır;
  • Rusiyanın geri addım atması və diplomatiya yolunu seçməsi həyati əhəmiyyət kəsb edir;
  •  Biz dialoqda maraqlıyıq, lakin sanksiyalarımız hazırdır;
  • Təqdim edilən sanksiyalar fevralın 10-da hazır olacaq;
  • Suveren dövlətin ərazisinə müdaxilə baş verdiyi anda bu sanksiyalar tətbiq olunacaq;
  • Ukraynaya hərbi yardım göstəririk, iqtisadi əməkdaşlığı da gücləndirəcəyik.

Baş nazir onu da qeyd edib ki, Rusiyanın Ukraynaya hücum edərsə, bu addım Rusiya və bütün dünya üçün siyasi fəlakət olacaq:

Hazırda Rusiyanın Ukrayna ilə sərhəddə çoxlu sayda hərbi qulluqçu cəmləşdirməsi Kiyev hakimiyyəti üçün açıq-aşkar təhlükədir. Biz hərbi əməliyyatlara işarə edən müxtəlif hazırlıqları görürük. Respublika Böyük Britaniya üçün çox şey deməkdir və bu səbəbdən London Ukrayna ətrafında “Qərbi birləşdirmək” rolunu üzərinə götürməyə ehtiyac hiss edir.

Boris Conson

Bundan əlavə, Conson və Zelenski görüşdən sonra birgə bəyanat yayaraq bildiriblər ki, Ukraynanın təhlükəsizliyini və özünü müdafiə etmək qabiliyyətini gücləndirmək üçün birgə işləmək barədə razılaşıblar.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia