Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan Ukraynanı dəstəkləyən qətnamə qəbul edib, amma Rusiyanın adını çəkmədən

02 Fevral 2022
A A
Gürcüstan Ukraynanı dəstəkləyən qətnamə qəbul edib, amma Rusiyanın adını çəkmədən

Nümayişçilər gürcü hökümətini Rusiyaya qarşı sərt mövqeyə çağırır Foto: Shota Kincha/OC Media

Gürcüstan parlamentində Ukraynanı dəstəkləyən qətnamə qəbul edilib. OC Media yazır ki, qətnamədə Ukrayna böhranında Rusiyanın iştirakının qeyd olunmaması parlamentdə müzakirəyə səbəb olub.

Qətnamədə nə deyilir: NATO-ya üzvlük hər hansı bir dövlətin suveren hüququdur. Hərbi və ya siyasi vasitələrlə bu hüququn məhdudlaşdırılması cəhdi qəti şəkildə qəbuledilməzdir.

Gürcüstan parlamentinin millət vəkilləri hazırlanan qətnamə ilə bağlı razılığa gələ bilməyiblər. “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla, bütün müxalifət partiyaları Rusiya faktorunun qətnaməyə daxil edilməməsinə etiraz edib. Onlar parlamentdən kənar bəyanat hazırlayaraq bunu internet vasitəsilə paylaşıb.

Müxalif partiyaların bəyanatında nələr qeyd edilib:

  • Rusiyanın hərbi eskalasiyası ilə bağlı çox narahatıq
  • Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı zor tətbiq etmək hədələrini pisləyirik.

“Gürcü Arzusu”nun parlamentdəki lideri Mamuka Mdinaradze bəyannamənin dilini “populist və təxribatçı ritorikadan azad” adlandırıb.

Gürcüstan hökumətini tənqid edənlər isə vurğulayır ki, Ukrayna ilə bağlı bəyanatları daha çox Xarici İşlər Nazirliyi verir, amma hökumətin başçısı, baş nazir İrakli Qaribaşvili isə bu məsələdə susqunluq nümayiş etdirir.

Gürcüstan- Ukrayna münasibətləri: Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili uzun müddət Ukraynada yaşadığı üçün son illərdə Ukrayna və Gürcüstan arasında münasibətlər gərginləşib. Bununla yanaşı Gürcüstan həmişə Ukraynanı strateji müttəfiq kimi qəbul edib.

Bundan əvvəl hansı qətnamə qəbul edilib: 2014-cü ilin mart-sentyabr aylarında Rusiyanın Krımı ilhaq etməsi və Donbassda müharibə başladıqdan sonra Gürcüstan Ukraynaya dəstək nümayiş etdirən iki qətnamə qəbul edib. Hər iki qətnamədə Rusiyanın məsələdəki mənfi rolu pislənib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia