Polşa hakimiyyəti Ukraynaya hərbi yardım göstərmək haqqında qərar qəbul edib. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak “twitter” hesabında məlumat verib:
Yaxşı xəbərlər var. Mənim xahişimlə Nazirlər Şurası Ukraynaya yardım haqqında qərar qəbul etdi. Biz Polşanın ən müasir texnikasını – “Piorun” portativ hava hücumundan müdafiə sistemlərini və döyüş sursatlarını Ukraynaya təqdim edəcəyik.
Mariuş Blaşak
“Piorun ” silahı nədir: Rusiyanın “İqla-1” portativ zenit-raket sistemi modernləşdirilmiş versiyasıdır. 1980-ci illərin sonlarında onun sənədləri Polşaya verilib. Polyak təfsirində “Qrom” və ya “Qrom-1” adlandırılan texnikanın əsas hissələri Rusiyadan tədarük edilib. Daha sonra ölkə bu məhsulu özünün və xarici komponentlərin hesabına modernləşdirməyə başlayıb.