İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Xeybərşekan” (qala dağıdıcı) adlı yeni uzaqmənzilli ballistik raketi təqdim edib. Bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, “Xeybərşekan” raketi böyük imkanlara malik olan üçüncü nəsil uzaqmənzilli raketdir. O, 1450 kilometr məsafədəki hədəfləri dəqiqliklə vura bilir.
“Xeybərşekan”ın özəllikləri nədir:
- bərk yanacaqla hərəkət edir;
- raket əleyhinə müdafiə sistemini dəf etmək üçün yüksək manevrə sahibdir;
- dəyişdirilmiş konstruksiyası oxşar raketlərlə müqayisədə çəkisini 1/3 qədər azaldıb;
- havaya buraxılması üçün hazırlıq müddəti adi raketlərin vaxtından 1/6 qədər azdır.
İranın raket istehsalı haqda nə bilirik: İran 1990-cı illərdən öz raket proqramını inkişaf etdirir. Ölkə ballistik raketlərin hazırlanmasında müəyyən uğurlar əldə edib. Tehran regiondakı rəqiblərinin də analoji sinif raketlərə sahib olduğunu əsas gətirərək, raket sənayesini dayandırmaq barədə danışıqlardan imtina edir.