Şənbə, 19 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Tərtər işi”ndə hərbçilərə işgəncə verməkdə ittiham edilənlər həbs olunub

27 May 2022
A A
“Tərtər işi”ndə hərbçilərə işgəncə verməkdə ittiham edilənlər həbs olunub

Baş Prokurorluq binası. Foto: Açıq mənbələr

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı hərbi qulluqçulara işgəncə verməkdə ittiham olunan şəxslərin həbs edildiyi haqda məlumat yayıb. Bildirilir ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verən, onları qanunsuz azadlıqdan məhrum edərək vəzifə səlahiyyətlərini aşan şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham ediliblər. Həmin şəxslər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlər, ittiham edildikləri maddələr:

Vüsal Əziz oğlu Ələsgərov;

Rüstəm Çərkəz oğlu Ələsgərov;

Ramil Fariz oğlu Qarayev.

Hər üç şəxs Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham edilir.

Fuad Arazi oğlu Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilir.

“Tərtər işi” haqda nələr məlumdur:

  • 2017-ci ilin mayında Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbi qulluqçu və mülki şəxslərin ölkəyə xəyanət etdikləri və Ermənistana məlumat ötürdükləri haqda bəyanat yayıb;
  • İstintaq prosesi qeyri-rəsmi olaraq “Tərtər işi” adlandırılır.  Səbəb kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tabeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsidir;
  • Qeyri-rəsmi məlumatlara görə, “Tərtər işi”ndə  25 nəfər vətənə xəyanətdə təqsirləndirilib, 9 nəfər isə işgəncələr nəticəsində ölüb.   
  • Hadisə haqda ilk rəsmi məlumatı  2021-ci ilin oktyabrında Hərbi prokuror Xanlar Vəliyev verib. O, yalnız işgəncə verilən hərbçilərin sayını açıqlayaraq 102-103 nəfərə müxtəlif formada işgəncələr verildiyini, cinayət işi başlayanadək yalnız bir nəfərin öldüyünü deyib.
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia