Böyük Britaniya parlamenti Rusiyaya qarşı hazırlanan sanksiyalar paketinin fərdlərə və şirkətlərə qarşı tətbiq edilməsinə imkan verən düzəlişləri təsdiqləyib. Bu barədə Böyük Britaniyanın hökumət saytı məlumat yayıb.
Sanksiyalar kimlərə tətbiq edə bilər:
- Ukraynada sabitliyin pozulmasında iştirak edənlər;
- Rusiya hökumətindən faydalanan və dəstəkləyənlər;
- Donbassla biznes əlaqəsi olanlar;
- Krımla ticarət əlaqəsi olanlar, və ya yarımadada işləyənlər;
- Ukraynada sabitliyin pozulmasına kömək edə biləcək maliyyə xidmətləri, texnologiyaları və resursları təqdim edənlər;
- Ukraynada beynəlxalq təşkilatlara müdaxilə edənlər.
Qanuna edilən dəyişikliklər fevralın 10-dan qüvvəyə minir. Bu, Böyük Britaniyaya Moskva üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisə və şəxslərə, o cümlədən dövlət şirkətlərinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verir.
Sanksiyalar hansı sahələrə tətbiq edilə bilər:
- hərbi;
- enerji;
- kimya;
- maliyyə;
- rəqəmsal texnologiya.
Tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil. Lakin Rusiya Ukraynaya hücum edərsə, sanksiyaların tətbiqi üçün əlavə imkanlar yaradacaq.