Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirərək bir neçə zabiti saxlayıb. APA yazır ki, Müdafiə Nazirliyinin zabitləri, Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə saxlanılıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Zabitlər nədə ittiham edilir: Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Qeyd edilir ki, ümumi zərər 10 milyon manatdan çoxdur.