Avropa ölkələrinə miqrant kimi gedən 42 Azərbaycan vətəndaşı geri qaytarılıb. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, həmin şəxslər Azərbaycana fevralın 15-i göndəriliblər.
Haradan deport olunublar:
- Almaniya – 39 nəfər;
- Avstriya – 3 nəfər.
Bildirilir ki, Azərbaycan vətəndaşlarının geri qaytarılma prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş əsasında olub.