Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Britaniya “çirkli pul” axınına imkan yaradan “qızıl viza”nı dayandırır

17 Fevral 2022
A A
Avropa Parlamentindən Azərbaycan hakimiyyətinə qarşı sanksiya tələbi

İlham Əliyev və Mehriban Əliyeva. Foto: president.az

Böyük Britaniya “çirkli pul” axınının qarşısını almaq məqsədilə bir neçə həftə ərzində “Tier 1” investor vizası (qızıl viza) rejimini dayandırmağa hazırlaşır. “Financial Times” yazır ki, viza sxemi Ukrayna ətrafında böhran fonunda Rusiyanın “çirkli pulları”nın Britaniyaya axınını dayandırmaq məqsədilə ləğv ediləcək.

2020-ci ildə parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsi bildirib ki, Britaniyanın investor viza sxemi bir çox rusiyalının diqqətini çəkib və krallıq offşor sərvətlər üçün “camaşırxana”ya çevrilib. Qeyd olunub ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrına qədər Böyük Britaniya hökuməti 798 “qızıl viza” verib, onlardan 82-si ruslar, 210-u isə Çin vətəndaşları tərəfindən alınıb.

“Tier 1” investor vizası nədir: Bu viza Böyük Britaniyada ən azı 2 milyon funt-sterlinq investisiya qoymaq istəyən xarici vətəndaşlara verilir. Eyni zamanda, “çirkli pullar”la mübarizə aparmaq üçün əcnəbilər hüquq-mühafizə orqanlarına kapitalın mənşəyini mütləq izah etməlidir.

Britaniya hazırda Rusiya faktoruna görə “qızıl viza” rejimini dayandırmağa çalışsa da, fərqli illərdə Azərbaycan vətəndaşlarının da Londondan “çirkli pulları yumaq” cəhdləri olub. Həmin şəxslər arasında prezident İlham Əliyevin ailə üzvləri, eyni zamanda məmurların da adı hallanıb. Müxtəlif vaxtlarda Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi və başqa təşkilatlar araşdırmalar apararaq adları və detalları açıqlayıb.

İndiyədək kimlər haqda məlumatlar yayılıb:

  • İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar, onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Britaniyada milyonlarla dollarlıq mülklərin sahibidirlər.
  • Leyla və Arzu Əliyevalar gizli ofşor şirkətlərindən istifadə etməklə Londonda 60 milyon funt dəyərində əmlak almaq istəyib.
  • İlham Əliyev və ailə üzvləri ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada, Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər. Sənədlərə əsasən, ailə 17 mülkü nağd ödənişlə alıb.
  • İlham Əliyevin əmisi qızı, 10 ildən çoxdur Londonda yaşayan İzzətxanım Cavadova və həyat yoldaşı Süleyman Cavadov Britaniyaya milyonlarla “çirkli pul” gətirməkdə ittiham olunublar.
  • Eks-bankir, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 10 il ərzində Londonun məhşur “Harrods” mağazasında 21 milyon dollar xərcləyib. Britaniya məhkəməsi Hacıyevadan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib.
  • Deputat Cavanşir Feyziyevin Britaniyadakı bank hesablarında saxlanılan 15 milyon funt-sterlinqlə bağlı araşdırma aparılıb. Deputatın həyat yoldaşı, oğlu və qardaşı oğlunun adına olan 6 hesabıdondurulub, mənşəyi şübhə doğuran 15 milyon funt-sterlinqin 5,6 milyon-u müsadirə olunub.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia