Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aİ Ukraynaya təcili mülki müdafiə yardımı göndərib

21 Fevral 2022
A A
Aİ Ukraynaya təcili mülki müdafiə yardımı göndərib

Aİ Ukraynaya təcili yardım yollayır. Foto: uvkr.org

Avropa İttifaqı ölkələri Ukraynaya Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə təcili yardım yollayıb. Bu barədə Aİ Şurasının bəyanatında deyilir. Aİ-nin Böhran İdarəetmə Komissarı Yanez Lenarçiçin sözlərinə görə, yardım istəyən Ukraynaya kömək etmək üçün təşkilat gecə-gündüz işləyir:

Artıq Sloveniya, Rumıniya, Fransa, İrlandiya və Avstriya ilk təklifləri irəli sürüblər. Aİ-yə üzv olan digər dövlətlərdən yaxın günlərdə daha çox yardım gözləyirəm.

Yanez Lenarçiç

Bildirilir ki, yardıma çadırlar, yataq çantaları, maskalar, əlcəklər və dərmanlar daxildir.

Təklif olunan ilkin yardımlar:

  • Sloveniya: 1 milyon maska, 125 min cüt lateks əlcək, 125 min cüt nitril əlcək, 200 cüt rezin çəkmə və 10 dizel elektrik generatoru (6 kVt);
  • Rumıniya: 5 min paket ağrıkəsici, 5 min paket iltihab əleyhinə dərman, 5 min paket antibiotik və əl müalicəsi üçün 840 litr dezinfeksiyaedici;
  • Fransa: 15 çadır, 300 ailə çadırı, 1500 torpaq plitələri, 2100 ədyal və 300 yataq çantası, 500 gigiyena dəsti, 25 hazır tualet, 3000 kimyəvi, bioloji, radioloji və nüvə əlcəklər, 10 min vinil əlcək, 50 min cərrahi maska, 5 min dərman qutuları və 500 yaralını müalicə edə bilən təkmil tibb məntəqəsi;
  • İrlandiya: 10 min qoruyucu geyim, 50 min cərrahi maska, 2 min 583 litr əl təmizləyicisi;
  • Avstriya: 50 min litr əl dezinfeksiyaedici, 9 min litr səthi dezinfeksiyaedici, 50 min qoruyucu eynək, 50 min üz maskası və 20 min steril olmayan əlcək.

Qeyd olunub ki, təcili mülki müdafiə yardımı artıq yoldadır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia