Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

OCCRP araşdırması: Vasif Talıbovla ailəsi pulyuma mexanizmi ilə milyonlar qazanıb

22 Fevral 2022
A A
OCCRP araşdırması: Vasif Talıbovla ailəsi pulyuma mexanizmi ilə milyonlar qazanıb

Vasif Talıbov. Foto: nakchivan.az

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin fərqli ölkələrdə fəaliyyət göstərən 48 media qurumu ilə birlikdə apardığı araşdırma nəticəsində İsveçrədəki 18 min bank hesabı araşdırılıb. OC Media yazır ki, araşdırmalar anonim mənbə tərəfindən “Süddeutsche Zeitung” qəzetinə məlumat ötürülməsindən sonra başlayıb.

Araşdırmalar zamanı azərbaycanlı və erməni siyasətçilərlə yanaşı, İordaniya kralı Abdullah, Venesuela neft şirkətlərinin rəhbərləri, Vatikan rəsmiləri, eləcə də çox sayda məşhur simanın İsveçrə banklarında hesabı olduğu aşkarlanıb.

Vasif Talıbov və oğulları

Araşdırma ortaya çıxarıb ki, Naxçıvan Ali Məclisinin sədri və 1995-ci ildən Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun oğulları Seymur və Rza Talıbovların “Credit Suisse” və eləcə də müxtəlif banklardakı hesablarında 2007-2012-ci illər arasında 20 milyon dollardan çox vəsaitləri olub. Sızdırılmış bank sənədlərində görünür ki, Talıbovun oğulları milyonlarla pul vəsaitini “Azərbaycan” və “Troyka” çirkli pulyuma mexanizmlərinə daxil olan saxta ofşor şirkətlər vasitəsilə əldə edib.

Məqalədə qeyd olunur ki, Naxçıvan MR-nı “dəmir yumruğu” ilə idarə edən Talıbov hakimiyyətə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev vasitəsilə gəlib. Talıbovun rəsmi maaşı illik 26 min dollardan azdır. Onun ən yaxın qohumlarının adı da “Azərbaycan” və “Troyka” “pulyuyan” maşınlarına qarışıb.

“Azərbaycan” və “Troyka” nədir:  Bu mexanizmlər OCCRP tərəfindən aşkar edilmiş “çirkli pulların yuyulması” əməliyyatlarıdır. Araşdırmalar nəticəsində ilk növbədə Rusiya və Azərbaycandan külli miqdarda pul vəsaitinin çıxarıldığı və “yuyulduğu” məlum olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia