Avstriya Rusiyanın Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlara görə “Şimal axını 2” qaz kəməri layihəsini dondurduğunu bəyan edib. Bunu Avstriya kansleri Karl Nehammer Milli Şuranın iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu addım Avropa Birliyinin Rusiyaya qarşı görəcəyi ciddi tədbirlərdən biridir.
Rusiyanın beynəlxalq təzyiqlə üzləşmə səbəbi: Rusiya Ukrayna ərazisində yerləşən tanınmamış Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıyıb. Bundan sonra Almaniya “Şimal axını 2” Rusiya-Almaniya qaz kəməri üçün sertifikatlaşdırma prosesini dayandırdıqlarını bəyan edib. Fevralın 24-də isə Rusiya Ukraynaya hücum edib. Avropa və Qərb ölkələri Rusiyanın bu addımını pisləyib, dərhal Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.