Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan müxalifəti LGBT barədə danışmaqdan niyə çəkinir?

24 Fevral 2022
A A
Jurnalist və LGBT fəalı Əvəz Hafizli qətlə yetirilib

Qətlə yetirilən Əvəz Hafizli. Foto: facebook

Fevralın 22-də bloqer, LGBT fəalı, jurnalist kimi fəaliyyət göstərən Əvəz Hafizlinin (Şıxməmmədov) qətlə yetirilməsi sosial mediada gündəm olub. Bloqerin dostları onun xüsusi amansızlıqla, başı və cinsiyyət orqanı kəsilərək qətlə yetrildiyini iddia edir, səbəbini Ə.Hafizlinin məhz LGBT fəalı olması ilə izah edir. Əvəz Hafizli bundan əvvəl dəfələrlə həyatının təhlükədə olduğunu bildirmiş, etdiyi aksiyalarla yadda qalmışdı.

Maraqlıdır ki, hər kəs bloqerin qətlindən danışsa da, müxalif partiyalardından heç biri bu məsələyə nə fərdi, nə də ictimai şəkildə münasibət bildirməyib. Mikroskop Media olaraq bunun səbəbini öyrənməyə çalışdıq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini  Seymur Həzi deyir, dünyada sürətlə o qədər dəhşətli hadisələr baş verir ki, bu və bir çox məsələ ilə bağlı Xalq Cəbhəsi Partiyasının toplaşmaq, rəsmi mövqe bildirmək imkanı yoxdur. O hesab edir ki, cinayət hadisəsinin hansı motivlə törətdiyini hələki yalnız qatil bilir:

Amma bir məsələ ortadır ki, Azərbaycanda həqiqətəndə cinsi mənsubiyyətinə görə insanlar şiddətə məruz qalır. Ona görə də biz zaman-zaman Azərbaycanın İstanbul Konvensiyasını qəbul etməsini istəyirik.

Seymur Həzi

Partiya rəsmisinin sözlərinə görə, dəfələrlə Xalq Cəbhəsi Partiyası bildirib ki, məişət zorakılığı və cinsi istismarın qarşısının alınması istiqamətində addımlar atmalıdır.

 “Respublikaçı Alternativ” (REAL) partiyasının icraçı katibi Natiq Cəfərli isə bu məsələ ilə bağlı partiya nümayəndəsi kimi deyil, şəxsi mövqe bildirəcəyini söyləyib:

REAL kollektiv idarəetmə olduğundan partiya adından hansısa fikir səsləndirə bilmərik. Bu məsələni nə gündəliyə salmışıq, nə də müzakirə etmişik ki, qərarımız da olsun. Biz bu məsələ ilə bağlı niyə rəsmi mövqe bildirməliyik ki? Bu, hansı siyasi səs yaradır? İndi Azərbaycan üçün çox ciddi ictimai məsələ Rusiya ilə bağlanan müqavilədir. Bununla da bağlı həmin dəqiqə partiya olaraq rəsmi sənədi ilk biz yaydıq. Fikrimcə, belə məsələlərə fərdi mövqe bildirmək daha doğrudur.

Natiq Cəfərli

N.Cəfərli həm də hesab edir ki, insanların irqinə, dininə, cinsinə, fikirlərinə görə təqib olunması, qətl edilməsi utancverici haldır. Onun fikrincə, belə cinayətlər cəmiyyətdə ciddi reaksiya yaratmalıdır və kiminsə şəxsi həyatına görə, təhdid, təzyiq edilməsi, qətlə yetirilməsi mədəni cəmiyyətlərə yaraşmır.

Müsavat Partiyasının rəhbəri Arif Hacılı da hadisəyə münasibət bildirməyən partiya rəhbərlərindən biridir. O, bunun səbəbini izah etməsə də, belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görülməli olduğunu düşünür:

Mən həmin jurnalisti tanıyırdım. Aksiyalarda, məhkəmələrdə fəaliyyətinin şahidi olmuşdum. Bu tipli kriminal hadisələrinin sayının artması Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurmalıdır.

Arif Hacılı

Qeyd edək ki, Azərbaycanda LGBTQ+ nümayəndləri zaman-zaman problemlərini ictimailəşdirməyə, müxtəlif rəsmi qurumların diqqətini bu məsələyə cəlb etməyə cəhd edirlər. Bəzi hüquq müdafiəçiləri onlara dəstək olmağa çalışsa da, iqtidar ilə yanaşı müxalifət də bu barədə açıq danışmağa, problemin həlli yollarını gündəmə gətirməkdən çəkinirlər.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia