Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Britaniya Rusiyaya qarşı – “Aeroflot” və VTB sanksiya siyahısında

24 Fevral 2022
A A
Britaniya Rusiyaya qarşı –  “Aeroflot” və VTB sanksiya siyahısında

Böyük Britaniyanın baş naziri Boris Conson. Foto: Andy Rain/EPA

Böyük Britaniyanın baş naziri Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaları elan edib. “Sky News” yazır ki, bu haqda İcmalar Palatasına müraciətində danışan Conson ölkəsinin Ukraynanı dəstəkləmək üçün əlindən gələni edəcəyini bildirib.

Böyük Britaniya Rusiyaya qarşı hansı tədbirləri görəcək:

  • Bütün böyük Rusiya banklarının aktivləri dondurulacaq. Bura 154 milyard funt sterlinq aktivləri olan VTB bank da daxildir;
  • Gələn həftədən bütün Rusiya şirkətlərinə Böyük Britaniya bazarlarında qazanc əldə etməyi qadağan edən qanun qəbul ediləcək;
  • Rusiyanın ən böyük müdafiə şirkəti olan “Rostec”in daxil olduğu fiziki və hüquqi şəxslərə, onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq olunacaq;
  • Britaniyada “müəyyən təyyarələrin” eniş imkanları məhdudlaşdıracaq. Rusiyanın “Aeroflot” aviaşirkətinin Böyük Britaniyada fəaliyyətinə qadağa qoyulacaq;
  • Rusiyaya ixrac lisenziyalarını (elektrik komponentləri və ya hərbi yük maşını hissələri üçün) dərhal dayandıracaq;
  • Geniş çeşiddə yüksək texnologiyaların Rusiyaya ixracını qadağan edən qanun qəbul edİləcək;
  • Rusiya vətəndaşlarının Böyük Britaniyadakı bank hesablarında saxlaya biləcəyi əmanətlərin məbləğ məhdudlaşdırılacaq;
  • Rusiyanın SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ödəniş sisteminə çıxışını bağlamaq üçün G7 və NATO müttəfiqləri ilə işlənəcək;
  • Oxşar maliyyə sanksiyaları Ukraynaya hücumda roluna görə Belarusa da şamil ediləcək;
  • Böyük Britaniyada pul toplayan ruslara qarşı tədbir görəcək iqtisadi cinayətlər haqqında qanun layihəsi hazırlanacaq.

Boris Conson Ukraynada baş verənlərə münasibət bildirərkən vurğulayıb ki, Vladimir Putin dünyanın və tarixin gözü qarşısında qınanacaq:

O, heç vaxt Ukraynanın qanını əlindən təmizləyə bilməyəcək. Böyük Britaniya və müttəfiqləri diplomatiya üçün hər yolu sınayıblar. Son saatda mən belə nəticəyə gəldim ki, nə etsək də, Putin həmişə qonşusuna hücum etməkdə qərarlı olub.

Boris Conson

Baş nazir onu da əlavə edib ki, Vladimir Putinin iyrənc və barbar təşəbbüsü uğursuzluqla başa çatmalıdır.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia