İsveçin “Vattenfall” şirkəti yerli atom elektrik stansiyaları üçün nəzərdə tutulan Rusiya nüvə yanacağının tədarükünü dayandırmaq qərarına gəlib. Şirkətin yaydığı rəsmi məlumatda bildirilib ki, qərar Rusiyanın Ukraynaya hücumu ilə əlaqədardır:
Biz Avropadakı təhlükəsizlik vəziyyətindən və Rusiyanın Ukraynaya müdaxiləsindən narahatıq. Buna görə də qərara gəldik ki, növbəti xəbərdarlığa qədər Rusiyadan planlaşdırılmış tədarükləri həyata keçirməyək. Növbəti bildirişə qədər atom elektrik stansiyalarımıza Rusiyadan heç bir yeni sifariş verməyəcəyik.
Vattenfall
Şirkət bildirib ki, bu qərar atom elektrik stansiyalarınınn fəaliyyətinə təsir etməyəcək.