Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə öz nümayəndə heyətini göndərməyə hazır olduğunu açıqlayıb. “RİA Novosti”nin məlumatına görə, bunu mətbuat konfransında prezidentin mətbuat katibi Dmitri Peskov açıqlayıb:
Məlum olduğu kimi bu gün Ukrayna prezidenti Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi Luqansk və Donetsk Xalq Respublikalarına kömək etmək, eyni zamanda Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Bu, əslində neytral statusun tərkib hissəsidir.
Dmitri Peskov
Peskovun sözlərinə görə, Minskə göndərilməsi nəzərdə tutulan heyətə Müdafiə və Xarici İşlər Nazirliklərinin, həmçinin Prezident Administrasiyasının nümayəndələri daxil olacaq.