Rusiyanın Ukraynana hücumundan sonra Aİ ölkələri də daxil olmaqla, ümumilikdə 30-dan çox ölkə hava məkanını Rusiya üçün bağlı elan edib. Bu addımı atan ölkələrdən Almaniya qərarın 3 ay üçün nəzərdə tutulduğunu açıqlayıb. Digər ölkələr isə hava məkanını nə zaman açacaqları barədə tarix bildirməyiblər.
Rusiyaya hava məkanını bağlayan ölkələr:
- Böyük Britaniya
- Avstriya
- Belçik
- Kanada
- Bolqarıstan
- Macarıstan
- Norveç
- Niderland
- Albaniya
- Şimali Makedoniya
- Yunanıstan
- Danimarka
- İrlandiya
- İspaniya
- İtaliya
- Kipr
- Latviya
- Litva
- Lüksemburq
- Malta
- Hollandiya
- Polşa
- Portuqaliya
- Rumıniya
- Slovakiya
- Sloveniya
- Finlandiya
- Fransa
- Xorvatiya
- Çexiya
- İsveç
- Estoniya
Qeyd edək ki, Rusiya təyyarələrinə hava məkanını bağlayan ilk ölkə Polşa olub. Hökumət fevralın 26-da gecə yarısından etibarən bu qərarın qüvvəyə mindiyini açıqlayıb.